Ev Hərbi XəbərlərABŞ-ın yanacaq təyyarəsi Qətər üzərində radarlardan itib

ABŞ-ın yanacaq təyyarəsi Qətər üzərində radarlardan itib

by Baş Redaktor
25 Baxış

Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Əl-Dəfra hava bazasından qalxıb və Qətər üzərində siqnal itib.

Army.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

Uçuş izləmə məlumatlarına görə, təyyarə eniş etmək üçün bir müddət dairəvi hərəkət edib:

“ABŞ hərbi təyyarələrinə hava yanacağı doldurma xidməti göstərən Boeing KC-135 Stratotanker təyyarəsi, Yaxın Şərqdə artan gərginlik fonunda İran yaxınlığındakı Fars körfəzi üzərində uçarkən uçuş zamanı fövqəladə vəziyyətə işarə edən “7700” siqnalını ötürüb.

banner

Lakin nə ABŞ Mərkəzi Komandanlığı, nə də Pentaqon bu gün Qətər və ya Hörmüz boğazı üzərində KC-135 təyyarəsinin qəzaya uğraması, itməsi və ya təcili vəziyyətlə bağlı heç bir təsdiq təqdim etməyib. Bundan əlavə, regional gərginliklər fonunda GPS/elektron maneələrin intensiv istifadəsi səbəbindən radar pozuntuları və 7700 kodları tez-tez rast gəlinir – bu, qəza demək deyil”.

Əlaqəli Yazılar Xüsusi