Ermənistan və Türkiyə arasında dialoq müsbət səviyyədə inkişaf edir.
Army.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər sərhədin ilkin mərhələdə üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması barədə razılığa gəliblər.
Mirzoyan qeyd edib ki, son günlərdə sərhəd bölgəsində yerləşən Ani körpüsünün birgə bərpası ilə bağlı memorandum imzalanıb.
O əlavə edib ki, ölkələr arasında aviareyslər də mövcuddur, lakin ümumilikdə sərhəd hələ də bağlı qalır. Nazir bəzi razılaşmaların icra olunduğunu, bəzilərinin hazırlandığını və digərlərinin isə gələcəkdə həyata keçiriləcəyini vurğulayıb.
