Ermənistan İrəvan və Ankara arasında münasibətlərin tam normallaşdırılmasına hazır olduğunu bəyan edib.
Army.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sargis Xandanyan “Haber 7” nəşrinə açıqlamsında deyib.
O, bildirib ki, Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması prosesində əhəmiyyətli irəliləyiş əldə olunub.
Xandanyan proses çərçivəsində tarixi İpək Yolu üzərində yerləşən Ani körpüsünün bərpası haqqında protokolun imzalanmasını və İrəvan–İstanbul arasında birbaşa aviareyslərin başlanmasını mühüm addımlar kimi qeyd edib.
Onun sözlərinə görə, Ermənistan hökuməti və xalqı bu prosesə hazırdır və İrəvan Türkiyə hökumətindən diplomatik münasibətlərin qurulmasını və sərhədlərin açılmasını gözləyir.
Əvvəllər gündəmdə üçüncü ölkə və diplomatik pasport sahibləri üçün sərhədin açılması ilə bağlı razılaşma olub, lakin bu hələ tam icra edilməyib.
