Ev Dünyaİran məhkəmə sistemi ilə bağlı ciddi iddia – edamlar sürətlənir

İran məhkəmə sistemi ilə bağlı ciddi iddia – edamlar sürətlənir

by Baş Redaktor
40 Baxış

İranda yeni qanun edam hökmlərinin çıxarılmasını daha da asanlaşdırıb.

Army.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Bildirilir ki, ötən ilin oktyabr ayında qəbul edilən qanun edam işlərinin baxılmasını sürətləndirib və hakimlərə casusluq və dövlətə xəyanət kimi ittihamların geniş şəkildə şərh edilməsi üçün geniş səlahiyyətlər verib.

Qanunda istifadə olunan “hər hansı əməli fəaliyyət” kimi ifadələr hakimlərə demək olar ki, məhdudiyyətsiz şərh imkanı yaradır və bu da ölüm hökmlərinin daha sərt və tez verilməsinə səbəb olur. Nəticədə məhkəmə prosesləri sürətlənib və edam qərarlarının icrası daha asan və tez həyata keçirilir.

banner

Əlaqəli Yazılar Xüsusi