10
Rusiyanın “Qiyamət Radiosu” kimi tanınan UVB-76 radiostansiyasının efirində yeni mesaj səsləndirilib.
Army.az xəbər verir ki, bu barədə yayımları izləyən “UVB-76 logları” Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, siqnal Moskva vaxtı ilə saat 10:33-də qeydə alınıb. Efirdə “golovçatıy” şifrəli sözü səslənib.
UVB-76 1970-ci illərdə yaradılmış hərbi radiostansiyadır. Stansiya əsasən qısa vızıltı siqnalları yayımlayır.
Bundan əvvəl isə “Qiyamət Radiosu” efirdə “rifmoplet” sözünü səsləndirmişdi.
