İranın raket infrastrukturu ilə bağlı yayılan yeni kəşfiyyat məlumatları ölkənin hərbi imkanlarının ciddi şəkildə zəiflədiyi barədə iddiaları sual altına alıb.
Army.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Bildirilir ki, Tehran raket obyektlərinin böyük hissəsi üzərində nəzarəti qoruyub saxlamağa davam edir:
” İranın raket bazalarının təxminən 90 faizi normal fəaliyyət rejimində işləyir. İran Hörmüz boğazı boyunca yerləşən 33 raket mövqeyindən 30-u üzərində operativ nəzarəti yenidən bərpa edib.
Bu isə strateji dəniz marşrutundan keçən ABŞ hərbi gəmiləri və beynəlxalq neft tankerləri üçün potensial risk kimi qiymətləndirilir.
Kəşfiyyat hesabatlarında həmçinin qeyd olunur ki, İran müharibədən əvvəl malik olduğu mobil raket komplekslərinin təxminən 70 faizini qoruyub saxlayıb.Eyni zamanda, ölkənin raket silahı ehtiyatlarının da böyük hissəsinin hələ də istifadəyə yararlı olduğu vurğulanır”.
