Rusiyanın gecə saatlarında Kiyevə endirdiyi raket və pilotsuz uçuş aparatları ilə hücum nəticəsində həyatını itirənlərin xatirəsinə 7 iyul 2026-cı il tarixində paytaxtda matəm günü elan edilib.
Army.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
Kliçko bildirib ki, son hücum paytaxtın indiyədək məruz qaldığı ən genişmiqyaslı zərbələrdən biri olub.
Məlumata görə, çoxmərtəbəli yaşayış binalarını hədəf alan hücum nəticəsində 11 nəfər həlak olub, 50-yə yaxın şəxs yaralanıb. Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun daha əvvəl verdiyi məlumata əsasən, xəsarət alanlar arasında beş uşaq da var.
