Ev DünyaRusiya bölgəsinə zərbə: ölən və yaralananlar var

Rusiya bölgəsinə zərbə: ölən və yaralananlar var

by Baş Redaktor
18 Baxış

Rusiya Federasiyasının Samara vilayətində yerləşən Sızran şəhərinin hədəfə alındığı barədə məlumat yayılıb.

Army.az xəbər verir ki, hadisə ilə bağlı regional rəhbər Vyaçeslav Fedorişev açıqlama verib.

Onun sözlərinə görə, baş verən insident nəticəsində iki yerli sakin həyatını itirib, bir neçə nəfər isə yaralanıb.

Rəsmilər hadisə yerində zərərçəkənlərə tibbi və digər zəruri yardımların göstərildiyini bildiriblər.

banner

“Həlak olanların yaxınlarına başsağlığı verirəm. Yaralılara bütün lazımi dəstək göstərilir”, – deyə vilayət rəhbəri qeyd edib.

Bundan əvvəl Rusiya Dövlət Dumasının müdafiə komitəsinin üzvü Viktor Sobolev ölkənin dron hücumlarından qorunmasının əsas yolunun hərbi əməliyyat zonasında daha aktiv addımlar atılması olduğunu iddia etmişdi.

Əlaqəli Yazılar Xüsusi