Serbiya ilk dəfə NATO ilə birgə hərbi təlimlərə start verib.
Army.az xəbər verir ki, təlimlər “Borovac” poliqonunda keçirilir və prosesə Serbiya ilə yanaşı İtaliya, Rumıniya və Türkiyədən təxminən 600 hərbçi cəlb olunub.
NATO ilə koordinasiya çərçivəsində keçirilən məşqlərdə sülhməramlı əməliyyat ssenariləri işlənilir. Buraya hərbi bazanın mühafizəsi, nəzarət-buraxılış məntəqələrində fəaliyyət, kütləvi toplaşmaların idarə olunması və şəhər şəraitində döyüş tapşırıqları daxildir.
Təlimlərin gedişini isə alyansa üzv ölkələrin — o cümlədən ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın nümayəndələri müşahidə edirlər.
