9
Rusiya hava hücumundan müdafiə qüvvələri ötən gecə ölkənin müxtəlif bölgələrində Ukraynaya məxsus 344 PUA-nın məhv edildiyini açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, PUA-lar Leninqrad, Novqorod, Bryansk, Kursk, Belqorod, Oryol, Kaluqa, Tula, Ryazan, Lipetsk, Vladimir və Rostov vilayətləri, eləcə də Krasnodar diyarı, Moskva, Dağıstan və Qara dəniz üzərində zərərsizləşdirilib.