Ev DünyaSi Cinpin Trampa xəbərdarlıq etdi: Tayvan böhran yarada bilər

Si Cinpin Trampa xəbərdarlıq etdi: Tayvan böhran yarada bilər

by Baş Redaktor
21 Baxış

ABŞ Prezidenti Donald Tramp ilə Çin lideri Si Cinpin arasında Pekində keçirilən görüşdə ən çox müzakirə edilən məsələlərdən biri Tayvan ətrafındakı vəziyyət olub.

Army.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Si Cinpin Vaşinqtonun bu istiqamətdə atacağı səhv addımların ABŞ-la Çin arasındakı əlaqələri ciddi qarşıdurma həddinə gətirə biləcəyini vurğulayıb.

Mənbənin məlumatına görə, Donald Trampın Çinə etdiyi iki günlük rəsmi səfərin yekununda tərəflərin daha bir görüş keçirməsi planlaşdırılır.

banner

ABŞ prezidenti sosial media hesabında paylaşdığı açıqlamada Pekinlə münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə inandığını qeyd edib.

Tərəflər arasında aparılan danışıqlarda iqtisadi və ticarət əməkdaşlığı da geniş müzakirə olunub. ABŞ nümayəndəsi Jamieson Greer bildirib ki, kənd təsərrüfatı məhsulları, mal əti ixracı və Boeing təyyarələri ilə bağlı müəyyən razılaşmalar əldə edilib.

Onun sözlərinə görə, Çin tərəfi ABŞ istehsalı olan 200 “Boeing” sərnişin təyyarəsinin alınmasına razılıq verib.

Əlaqəli Yazılar Xüsusi