ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşdığı açıqlamada İŞİD-in yüksəkvəzifəli komandirlərindən birinin məhv edildiyini bildirib.
Army.az xəbər verir ki, əməliyyat ABŞ hərbçiləri və Nigeriya Silahlı Qüvvələrinin birgə iştirakı ilə həyata keçirilib.
Tramp əməliyyatı “cəsur amerikalı əsgərlərin uğurlu missiyası” kimi qiymətləndirib.
ABŞ lideri qeyd edib ki, zərərsizləşdirilən şəxs İŞİD-in ikinci ən mühüm komandiri hesab olunan Əbu-Bilal əl-Minuki olub.
Məlumata görə, əməliyyat terror təşkilatının rəhbər strukturlarına qarşı həyata keçirilən antiterror tədbirləri çərçivəsində baş tutub.
