Ev Hərbi XəbərlərŞimali Atlantikdə gərginlik: NATO genişmiqyaslı dəniz təliminə start verdi

Şimali Atlantikdə gərginlik: NATO genişmiqyaslı dəniz təliminə start verdi

by Baş Redaktor
17 Baxış

NATO Şimali Atlantik akvatoriyasında ən genişmiqyaslı hərbi-dəniz əməliyyatlarından hesab edilən “Dynamic Mongoose 2026” təlimlərinə start verib.

Army.az xəbər verir ki, mayın 29-na qədər davam edəcək manevrlər alyansın Müttəfiq Dəniz Qüvvələri Komandanlığının koordinasiyası ilə həyata keçirilir.

Təlim prosesinə NATO ölkələrinin müxtəlif hərbi-dəniz bölmələri və xüsusi qüvvələri cəlb olunub.

Hər il olduğu kimi, manevrlər Farer adaları ilə İslandiya arasında yerləşən strateji zonada keçirilir. Sözügedən ərazi ABŞ-a məxsus SOSUS hidroakustik izləmə sisteminin yerləşdiyi mühüm nəzarət xətti hesab olunur.

banner

“Dynamic Mongoose” formatında keçirilən təlimlərə 2012-ci ildən Norveç, Kanada, Danimarka, Almaniya, Niderland, Böyük Britaniya və ABŞ müntəzəm şəkildə qoşulur.

Bildirilir ki, əsas hədəf iştirakçı qüvvələrin sualtı təhlükələrə qarşı operativ hazırlığını artırmaq və birgə fəaliyyət imkanlarını təkmilləşdirməkdir.

Əlaqəli Yazılar Xüsusi