ABŞ administrasiyası İranla müharibə başa çatdıqdan sonra Yaxın Şərqdəki hərbi mövcudluğunu azaltmaq qərarı ilə üz-üzə qala bilər.
Army.az xəbər verir ki, bu barədə “The American Conservative” məlumat yayıb.
“Vaşinqton indiyədək Tehranla qarşıdurmada qarşısına qoyduğu əsas məqsədlərə tam şəkildə nail ola bilməyib. Bundan başqa, Hörmüz boğazında yaranan gərginlik neftin, enerji məhsullarının, gübrə və ərzağın qiymətlərində ciddi artıma gətirib çıxarıb.
Pentaqon əməliyyatların xərcini 25 milyard dollar səviyyəsində göstərsə də, real xərclərin bunun bir neçə dəfə artıq ola biləcəyi ehtimal olunur. ABŞ ordusunun silah ehtiyatları da nəzərəçarpacaq dərəcədə azalıb.
Yaranmış vəziyyətdə Vaşinqton üçün yeganə müsbət məqam regiondakı hərbi iştirakını azaltmağa məcbur qalması ola bilər”, – deyə qeyd edilib.
