20
Belarus tərəfi Litvaya doğru hərəkət edən pilotsuz uçuş aparatı (dron) barədə “qaynar xətt” vasitəsilə məlumat verib.
Army.az xəbər verir ki, bunu Litva ordusunun Quru Qoşunları komandanı briqada generalı Neriyus Stankevicius deyib.
Onun sözlərinə görə, səhər saatlarında Belarus Silahlı Qüvvələrindən Litva ərazisinə doğru mümkün dron hərəkəti barədə xəbərdarlıq daxil olub.
General əlavə edib ki, oxşar məlumat Latviya tərəfinə də ötürülüb.
