ABŞ-ın “NYMEX” əmtəə birjasında təbii qaz fyuçerslərinin qiymətində artım qeydə alınıb. Ticarət zamanı kotirovkalar 0,82 faiz yüksəlib.
Army.az xəbər verir ki, bununla yanaşı, əmtəə bazarlarında təbii qazın 1 milyon BTU (Britaniya istilik vahidi) üzrə fyuçers müqavilələrinin qiyməti 0,38 faiz azalaraq 3,0306 dollar səviyyəsində formalaşıb.
Avropada isə qaz qiymətləri eniş nümayiş etdirib. Niderlandın TTF platformasında təbii qazın bir meqavat-saatının qiyməti 0,23 faiz ucuzlaşaraq 49,20 avroya düşüb.