Ev Hərbi TexnologiyaAlmaniyanın yeni “Eurofighter Tranche 4” qırıcısı təqdim olundu

Almaniyanın yeni “Eurofighter Tranche 4” qırıcısı təqdim olundu

by Baş Redaktor
22 Baxış

“Airbus Defence and Space” Almaniya üçün hazırlanan yeni “Tranche 4” standartlı “Eurofighter Typhoon” modelini ictimaiyyətə təqdim edib.

Army.az xəbər verir ki, bu barədə “The War Zone” məlumat yayıb.

Təqdimat şirkətin Münhen yaxınlığındakı “Manching” bazasında keçirilən “Airbus” Müdafiə Zirvəsi  çərçivəsində baş tutub. “GS0115 bort” nömrəli və “34+03” qeydiyyatlı bu təyyarə təkoturacaqlı versiyadır. Hazırda “Tranche 4” modellərinin hələ uçuşa başlamadığı, lakin “Manching”də bir neçə nümunənin artıq istehsal edildiyi bildirilir. İlk sınaq uçuşlarının yaxın həftələrdə həyata keçirilməsi planlaşdırılır.

“Quadriga” layihəsi çərçivəsində Almaniya 2020-ci ilin noyabrında 38 ədəd “Tranche 4 Eurofighter” sifariş edib. Planlara əsasən, onların 31-i təkoturacaqlı, 7-si isə ikioturacaqlı olacaq. Bu təyyarələr həm də qəza nəticəsində itirilən iki “Eurofighter”in yerini dolduracaq.

banner

Proqramın genişləndirilməsi çərçivəsində Almaniya əlavə olaraq 55 ədəd “Eurofighter” almağı planlaşdırır. Bu təyyarələr əsasən “Tornado” qırıcılarının əvəzlənməsi üçün nəzərdə tutulub. Bundan başqa, ölkə 20 ədəd “Tranche 5 Eurofighter” üçün də sifariş verib.

Əlaqəli Yazılar Xüsusi