Ev DünyaZaxarova: Ermənistanın xarici siyasət kursu suallar doğurur

Zaxarova: Ermənistanın xarici siyasət kursu suallar doğurur

by Baş Redaktor
23 Baxış

Ermənistanın xarici siyasət kursu ilə bağlı müəyyən suallar yaranıb.

Army.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Ermənistanın Avropa İttifaqına yaxınlaşması fonunda vəziyyətin Moskva tərəfindən diqqətlə izlənildiyini deyən diplomat qeyd edib ki, Rusiya prosesləri yalnız siyasi bəyanatlarla deyil, həm də İrəvanın Avrasiya İqtisadi Birliyindan uzaqlaşma meylləri kontekstində qiymətləndirir.

Zaxarova vurğulayıb ki, Moskva dəfələrlə AİB üzvlüyü ilə Avropa İttifaqına inteqrasiyanın eyni anda həyata keçirilməsinin ziddiyyətlər yaratdığını bildirib.

banner

Onun sözlərinə görə, bu mövqe müxtəlif səviyyələrdə Ermənistan tərəfinə əvvəlcədən və ətraflı şəkildə çatdırılıb və hazırkı vəziyyət bu məqamları yenidən gündəmə gətirir.

Əlaqəli Yazılar Xüsusi