Ev Hərbi XəbərlərABŞ müharibədə milyard dollarlıq PUA itkisi verdi

ABŞ müharibədə milyard dollarlıq PUA itkisi verdi

by Baş Redaktor
39 Baxış

İranla müharibə zamanı ABŞ-a məxsus 20-dən çox MQ-9 “Reaper” pilotsuz uçuş aparatı məhv edilib.

Army.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilir ki, nəticədə Amerika ordusunun dron parkına təxminən 1 milyard dollar həcmində ziyan dəyib. MQ-9 “Reaper” aparatları əsasən kəşfiyyat, müşahidə və zərbə əməliyyatlarında istifadə olunur.

Mənbələrin sözlərinə görə, pilotsuz aparatların əhəmiyyətli hissəsi İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Digər dronların isə ABŞ hərbi bazalarına edilən hücumlar və müxtəlif əməliyyat insidentləri nəticəsində sıradan çıxdığı qeyd edilir.

banner

Hesabatda vurğulanır ki, baş verən itkilər ABŞ ordusunun İranın müdafiə sistemlərinə qarşı əməliyyatlarda ciddi çətinliklərlə üzləşdiyini göstərir.

Əlaqəli Yazılar Xüsusi