Ev DünyaCENTCOM-dan mesaj: “Abraham Lincoln” tam döyüş hazırlığındadır

CENTCOM-dan mesaj: “Abraham Lincoln” tam döyüş hazırlığındadır

by Baş Redaktor
28 Baxış

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Ərəb dənizində fəaliyyət göstərən “USS Abraham Lincoln” aviadaşıyıcısından havaya qalxan döyüş təyyarələrinin görüntülərini yayımlayıb.

Army.az xəbər verir ki, komandanlığın açıqlamasına görə, “Abraham Lincoln” aviadaşıyıcı zərbə qrupu İran limanlarına qarşı tətbiq edilən ABŞ dəniz mühasirəsinin icrasında iştirak edir və maksimum əməliyyat hazırlığı vəziyyətində fəaliyyət göstərir.

Paylaşılan məlumatda vurğulanıb ki, bölgədə yerləşdirilən ABŞ Hərbi Dəniz Qüvvələri istənilən mümkün ssenariyə operativ reaksiya vermək üçün yüksək hazırlıq səviyyəsində saxlanılır.

Məlumat fonunda Vaşinqtonun Yaxın Şərqdə hərbi mövcudluğunu və İran üzərində təzyiq mexanizmlərini artırdığı diqqət çəkir.

banner

Əlaqəli Yazılar Xüsusi