“Ermənistan Rusiya ilə münasibətlərdə gərginlik yaratmaq niyyətində deyil”.
Army.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, ölkənin miqyası və imkanları nəzərə alındıqda, Moskva ilə açıq qarşıdurma siyasəti real deyil.
Nikol Paşinyan həmçinin qeyd edib ki, Ermənistan heç vaxt anti-Rusiya yönümlü addımların bir hissəsi olmayıb və gələcəkdə də belə siyasət yürütməyəcək.
O, Rusiyanı “supergüc” kimi xarakterizə edərək, onun maraqlarının regional siyasətdə nəzərə alınmasının vacibliyini vurğulayıb.
