Ev Dünyaİrəvan Moskvaya mesaj verdi: İxrac böhranında gərginlik istəmir

İrəvan Moskvaya mesaj verdi: İxrac böhranında gərginlik istəmir

by Baş Redaktor
17 Baxış

Ermənistan Rusiyaya məhsul tədarükü sahəsində yaranan çətinliklərin qarşılıqlı anlaşma və dialoq yolu ilə aradan qaldırılacağına ümid bəsləyir.

Army.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.

Nazir qeyd edib ki, rəsmi İrəvan Moskva ilə münasibətlərdə əlavə gərginlik yaranmasında maraqlı deyil və məsələlərin konstruktiv şəkildə müzakirəsini vacib hesab edir.

Onun sözlərinə görə, Rusiya tərəfi ilə keçiriləcək görüşlərdə Ermənistan məhsullarının — xüsusilə ərik, şərab və arağın ixracı ilə bağlı yaranmış problemlər gündəmə gətiriləcək.

banner

Əlaqəli Yazılar Xüsusi