Ev Hərbi TexnologiyaUkrayna kəşfiyyatı açıqladı: “Geran-4”ün içindən Qərb texnologiyası çıxdı

Ukrayna kəşfiyyatı açıqladı: “Geran-4”ün içindən Qərb texnologiyası çıxdı

by Baş Redaktor
26 Baxış

Rusiya istehsalı yeni “Geran-4” tipli reaktiv kamikadze dronunun tərkibində çoxsaylı xarici komponentlər aşkar edilib.

Army.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilir ki, dronun hissələri arasında Böyük Britaniya, ABŞ, Almaniya, Çin, İsveçrə, Yaponiya və Tayvan istehsalı komponentlər mövcuddur. Lakin ümumi tərkibdə Çin mənşəli məhsullar üstünlük təşkil edir.

Araşdırmaya əsasən, dronun əsas hərəkətverici elementi Çin şirkəti tərəfindən istehsal olunan LX-WP-160 model mühərrikdir.

banner

Eyni zamanda cihazda 16 elementli CRP antena sistemi, Unicore Communications tərəfindən istehsal edilmiş UC9810 GNSS qəbuledicisi və müxtəlif rabitə modulları yer alır.

Ukrayna tərəfi bildirir ki, bu fakt “Geran-4” dronunun istehsalında qlobal texnologiya zəncirinin geniş şəkildə istifadə olunduğunu göstərir.

Əlaqəli Yazılar Xüsusi