Rusiyada yeni zenit-artilleriya kompleksi “Citadel” hazırlanır.
Army.az xəbər verir ki, bu barədə “Rostex” məlumat yayıb.
Bildirilib ki, sistem pilotsuz uçuş aparatlarına qarşı mübarizə üçün nəzərdə tutulub və “ağıllı” mərmilərdən istifadə edir.
Bu mərmilər hədəfin uçuş trayektoriyasına uyğun olaraq partlayış nöqtəsini hesablayır və bununla döyüş sursatının səmərəliliyini artırır.
Tərtibatçıların bildirdiyinə əsasən, yeni idarəetmə sistemi daha dəqiq zərbə imkanları yaradır və sursat istifadəsini optimallaşdırır.
