“Rusiya Ukraynanın almağı planlaşdırdığı İsveçin Gripen qırıcı təyyarələrini vuracaq”.
Army.az xəbər verir ki, rusiyalı hərbi ekspert Vasili Dandıkin deyib.
O bildirib ki, modernləşdirilmiş İsveç istehsalı olan bu təyyarələr ciddi imkanlara malikdir, lakin Rusiya ordusunun onları məhv edə biləcəyini iddia edib.
Dandıkin qeyd edib ki, “Storm Shadow” kimi uzaqmənzilli raketlər daşıyan qırıcılar adətən hava hücumundan müdafiə sistemlərinin çatmadığı məsafələrdə fəaliyyət göstərirlər.
Ekspertin sözlərinə görə, belə təyyarələri zərərsizləşdirməyin əsas yolu onların aerodromlarda yerləşdiyi vaxt hədəfə alınmasıdır.
