Ev Hərbi TexnologiyaYeni türk texnologiyası: dronlar səs vasitəsilə aşkarlanacaq

Yeni türk texnologiyası: dronlar səs vasitəsilə aşkarlanacaq

by Baş Redaktor
31 Baxış

Türkiyədə pilotsuz uçuş aparatlarına qarşı yeni akustik aşkarlama sistemi hazırlanıb.

Army.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Etibarlı radiotezlik sistemləri, anten texnologiyaları və elektron həllər sahəsində fəaliyyət göstərən “SAĞLAMTEK Aviasiya Müdafiə” şirkəti PUA-ların səs vasitəsilə müəyyən edilməsi və izlənməsi üçün yeni məhsul təqdim edib.

Şirkətdən verilən məlumata görə, sistem mövcud radar və elektro-optik aşkarlama vasitələrini tamamlayacaq şəkildə hazırlanıb.Layihənin əsas məqsədi son dövrlər təhlükə səviyyəsi artan pilotsuz uçuş aparatlarının daha dəqiq və operativ şəkildə aşkarlanmasını təmin etməkdir.

banner

“SAĞLAMTEK Aviasiya Müdafiə”nin Quraşdırılmış Proqram Təminatı Komandasının rəhbəri Ömər Boyraz bildirib ki, ənənəvi radar sistemləri canlı və ya hərəkətdə olan bütün obyektləri müəyyən etməyə çalışdığı üçün mürəkkəb mühitlərdə effektivlik azalır.Onun sözlərinə görə, yeni akustik sistem bu cür hallarda əlavə üstünlüklər təqdim edəcək.

Əlaqəli Yazılar Xüsusi