Ev Hərbi TexnologiyaUkrayna üçün yeni təhlükəli silah: “Meteor” Rusiyanın üstünlüyünü bitirə bilər

Ukrayna üçün yeni təhlükəli silah: “Meteor” Rusiyanın üstünlüyünü bitirə bilər

by Baş Redaktor
26 Baxış

İsveçin Ukrayna Silahlı Qüvvələrinə 2027-ci ildən etibarən tədarük etməyi planlaşdırdığı JAS 39 Gripen qırıcılarından buraxılan “Meteor” raketləri Rusiyanın Su-35 və MiQ-31 təyyarələrini məhv edə biləcək.

Army.az xəbər verir ki, bu barədə “The War Zone” nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, Su-35 və MiQ-31 təyyarələri hazırda Ukraynadakı hədəflərə Ukrayna hava hücumundan müdafiə sistemlərinin fəaliyyət zonasından kənarda raket zərbələri endirir. Lakin JAS 39 Gripen-dən buraxılan “Meteor” raketlərinin uçuş məsafəsi Rusiya təyyarələrini artıq öz raketlərinin təsir radiusunda təhlükə altına sala bilər.

Məsafə baxımından “Meteor” raketi Ukrayna ordusunun hazırda istifadə etdiyi raketləri üstələyir və Su-35 ilə MiQ-31-dən buraxılan Rusiya raketləri ilə müqayisə olunur. Nəşrin məlumatına görə, “Meteor” 210 kilometrədək məsafə qət edə bilir. Rusiyanın R-37M raketinin uçuş məsafəsi isə təxminən 200 kilometrdir.

banner

Əlaqəli Yazılar Xüsusi