Ev DünyaRusiya Ermənistana qazı dayandıra bilər – İrəvan etiraf etdi

Rusiya Ermənistana qazı dayandıra bilər – İrəvan etiraf etdi

by Baş Redaktor
15 Baxış

Rusiyadan Ermənistana qaz tədarükü davam edir.

Army.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri 
David Xudatyan məlumat yayıb.

“Rusiyadan tədarüklər normal qaydada davam edir. Bu istiqamətdə problemli məsələ görmürük”, — deyə bildirib.

Onun sözlərinə görə, nazirlik Gazprom nümayəndələri ilə daim əlaqə saxlayır və iş prosesi “normal şəkildə irəliləyir”.

banner

Nazir eyni zamanda təsdiqləyib ki, qurum Moskvadan Rusiyanın Ermənistana təbii qaz, neft məhsulları və işlənməmiş almaz tədarükünü dayandıra biləcəyi ilə bağlı mesaj alıb.

Bildirilir ki, Ermənistan Avropa İttifaqına üzvlük prosesini davam etdirəcəyi təqdirdə, 2013-cü ilin dekabrında imzalanmış müvafiq saziş birtərəfli qaydada ləğv edilə bilər.

Əlaqəli Yazılar Xüsusi