Ev GündəmCənubi Koreyada müdafiə zavodunda partlayış: ölənlər var

Cənubi Koreyada müdafiə zavodunda partlayış: ölənlər var

by Baş Redaktor
30 Baxış

Cənubi Koreyanın Təcon şəhərində yerləşən müdafiə sənayesi müəssisəsində baş verən partlayış nəticəsində 4 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

Army.az xəbər verir ki, bu barədə yerli polisə istinadən “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, partlayış yerli vaxtla saat 10:59-da baş verib. Hadisədən sonra Cənubi Koreya Prezidenti Lee Jae-myung bütün mövcud resursların insanların xilas edilməsinə cəlb olunması barədə göstəriş verib.

Partlayışdan sonra başlayan yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Xilasedicilər yanğın tam nəzarət altına alındıqdan sonra qurbanların dəqiq sayını müəyyənləşdirəcək və insidentin səbəbləri ilə bağlı araşdırmaya başlayacaqlar.

banner

İlkin məlumata əsasən, partlayış zavodun birinci mərtəbəsində raket və digər mühərrik qurğularında istifadə olunan yanacağın alışması nəticəsində baş verib. Hadisənin dəqiq səbəbi araşdırılır.

Əlaqəli Yazılar Xüsusi