Ev Hərbi TexnologiyaSaatda 330 km sürət: Rusiya yeni dron-qırıcı hazırladı

Saatda 330 km sürət: Rusiya yeni dron-qırıcı hazırladı

by Baş Redaktor
38 Baxış

Rusiyanın Tomsk vilayətində yeni dron-interseptor “Molniya”nın sınaqları tamamlanıb. Bu pilotsuz uçuş aparatı digər dronları məhv etmək üçün hazırlanıb.

Army.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti “ məlumat yayıb.

Məlumata görə, “Molniya” saatda 330 kilometrə qədər sürət yığa bilir. Dronun kütləsi 2,5 kiloqram, döyüş hissəsinin çəkisi isə 0,3 kiloqramdır. Partlayış zamanı təsir radiusunun təxminən 5 metr olduğu bildirilir.

Sistem əsasən təyyarə tipli pilotsuz uçuş aparatlarının 1,5–5 kilometr məsafədə məhv edilməsi üçün nəzərdə tutulub və gecə əməliyyatları üçün termal görüntüləmə kanalından istifadə edir.

banner

Layihəni hazırlayan mərkəzin rəhbəri Denis Melikov bildirib ki, müəssisə dronun bir çox komponentlərini – o cümlədən elektrik mühərriklərini və elektron bloklarını – özü istehsal edir və tam yığım prosesini də müstəqil həyata keçirir.

Əlaqəli Yazılar Xüsusi