15
Beynəlxalq enerji bazarlarında neft qiymətlərində azalma qeydə alınıb.
Army.az xəbər verir ki, Londonun ICE ticarət meydançasında “Brent” markalı neft üzrə fyuçers müqavilələrinin dəyəri 0,81 faiz geriləyərək bir barel üçün 94,21 dollar səviyyəsinə enib.
ABŞ-ın WTI markalı xam nefti də ucuzlaşıb. Bu növ neft üzrə fyuçerslərin qiyməti 0,91 faiz azalaraq barel üçün 91,32 dollar təşkil edib.