ABŞ-ın yeni gömrük rüsumlarının tətbiqi ərəfəsində dəniz yükdaşımalarının qiymətləri son iki ilin ən yüksək səviyyəsinə qalxıb.
Army.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Bildirilib ki, Asiya ilə ABŞ-ın şərq sahili, eləcə də Asiya ilə Avropa arasındakı əsas marşrutlarda tariflər ötən həftə 2024-cü ilin yayından bəri ən yüksək həddə çatıb.
Qeyd olunur ki, Çin–ABŞ şərq sahili xətti üzrə 40 futluq konteynerin daşınma qiyməti 7 880 dollara yüksəlib ki, bu da bir ay əvvələ nisbətən 62 faiz artım deməkdir. Çin–Aralıq dənizi marşrutu üzrə isə qiymətlər 47 faiz artaraq 6 431 dollara çatıb.
