11
Rusiyanın “Checkmate” kimi də tanınan beşinci nəsil tək mühərrikli “Su-75” qırıcısının prototipinin inşasına başlanılıb.
Army.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, “Checkmate” üzərində iş artıq prototip mərhələsindədir. Su-75 həm Rusiya Müdafiə Nazirliyi , həm də beynəlxalq müştərilər üçün hazırlanır .
“Checkmate” üstünlüyü onun daha aşağı qiymətindədir (iki mühərrikli təyyarə ilə müqayisədə).
