Ev Dünyaİrəvan-Ankara xəttində fəallıq artır: Paşinyan Ərdoğanla nə danışdı?

İrəvan-Ankara xəttində fəallıq artır: Paşinyan Ərdoğanla nə danışdı?

by Baş Redaktor
38 Baxış

Ermənistan hökuməti Baş nazir Nikol Paşinyan ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığının təfərrüatlarını açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumata görə, Paşinyan Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib. Türkiyə lideri isə öz növbəsində Ermənistanın baş nazirini 51 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.

Söhbət zamanı tərəflər Türkiyə-Ermənistan münasibətlərinin gündəmində olan məsələləri müzakirə edib və son dövrlərdə təmasların intensivləşməsini müsbət qiymətləndiriblər.

banner

Danışıqlarda xüsusilə Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Ermənistana səfəri, birbaşa ticarət mexanizmlərinin formalaşdırılması istiqamətində atılan addımlar, eləcə də Axalkalaki–Qars dəmir yolu vasitəsilə Ermənistandan ixrac və ölkəyə idxal imkanlarının genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Əlaqəli Yazılar Xüsusi