Ev DünyaMoskvada kritik görüş: tərəflər Ukrayna üzrə əməkdaşlığı müzakirə edir

Moskvada kritik görüş: tərəflər Ukrayna üzrə əməkdaşlığı müzakirə edir

by Baş Redaktor
26 Baxış

Moskvada Rusiya və Türkiyə xarici işlər nazirləri arasında danışıqlar başlayıb.

Army.az xəbər verir ki, bu barəəd Rusiya mediası məlumat yayıb.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov görüş zamanı bildirib ki, Moskva Türkiyənin Ukrayna münaqişəsinin nizamlanmasına dair vasitəçilik səylərinə xüsusi önəm verir və bu təşəbbüsü yüksək qiymətləndirir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan isə Ankara–Moskva münasibətlərinin davamlı şəkildə möhkəmləndiyini qeyd edib. O, Türkiyənin sülhün əldə olunması üçün mümkün olan bütün diplomatik vasitələrdən, o cümlədən vasitəçilik mexanizmlərindən istifadə etməyə hazır olduğunu vurğulayıb.

banner

Tərəflər görüş çərçivəsində regional proseslər və Ukrayna müharibəsi ətrafında diplomatik həll yollarını müzakirə ediblər.

Əlaqəli Yazılar Xüsusi