Ev DünyaPaşinyan hakimiyyətindən növbəti addım: Köçəryan hədəf alındı

Paşinyan hakimiyyətindən növbəti addım: Köçəryan hədəf alındı

by Baş Redaktor
19 Baxış

İyunun 7-də keçirilən seçkilərdən sonra Ermənistanda siyasi atmosfer daha da gərginləşib.

Army.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat verib.

Bildirilib ki, seçki kampaniyası dövründə müxalif qüvvələrə yönəlmiş xəbərdarlıqlar və təzyiq siqnalları artıq hüquqi və siyasi addımlarla müşayiət olunur:

“Ölkədə yüz minlərlə seçicinin siyasi mövqeyini ortaya qoymasına baxmayaraq, hakimiyyət müxalifət nümayəndələrinə qarşı təzyiq kursunu davam etdirir.

banner

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim komanda tərəfindən Ermənistan Mərkəzi Seçki Komissiyasına müraciət olunaraq “Hayastan” blokunun lideri və ölkənin ikinci prezidenti Robert Köçəryan, həmçinin “Güclü Ermənistan” Partiyasının təmsilçisi David Qazinyan və daha bir neçə şəxslə bağlı deputat toxunulmazlığının aradan qaldırılması və onların cinayət məsuliyyətinə cəlb olunması üçün razılıq istənilib”.

Əlaqəli Yazılar Xüsusi