Moskva istiqamətində yönələn pilotsuz uçuş aparatlarının ümumi sayı 80-ə çatıb. Rusiya Hava Hücumundan Müdafiə qüvvələri bütün dronların zərərsizləşdirildiyini bildirib.
Army.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin “Telegram” kanalında qeyd edib.
O bildirib ki, son 40 dəqiqə ərzində — saat 09:20-dən 10:00-dək — paytaxta doğru uçan daha 10 dron vurulub. Bundan əvvəl isə günün əvvəlindən 70 dronun məhv edildiyi bildirilmişdi.
Rəsmi məlumata görə, qalıqların düşdüyü ərazilərdə fövqəladə xidmətlər işləyir və vəziyyət nəzarətdə saxlanılır.
