Macarıstan Hərbi Hava Qüvvələri daha iki JAS 39 “Gripen C” qırıcısını qəbul edərək döyüş aviasiyasının imkanlarını genişləndirib.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, yeni təyyarələr ölkənin Keçkemet aviabazasına uğurla eniş edib. Bununla da 2024-cü ilin yanvarında imzalanan müqavilə əlavəsi çərçivəsində nəzərdə tutulan bütün təhvil prosesi tamamlanıb.
Son təhvilatın ardından Macarıstanın inventarında ümumilikdə 18 “Gripen” qırıcısı yer alır. Bunlardan 16-sı “Gripen C”, 2-si isə iki nəfərlik “Gripen D” versiyasıdır.
Müasir döyüş təyyarələrinin əsas vəzifəsi Macarıstanın milli hava məkanının qorunması ilə yanaşı, NATO-nun hava təhlükəsizliyi missiyalarına dəstək vermək olacaq.
