Ev DünyaPaşinyan: “Əgər belə davam edərsə, Aİİ özünü buraxmış sayılacaq”

Paşinyan: “Əgər belə davam edərsə, Aİİ özünü buraxmış sayılacaq”

by Baş Redaktor
14 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) gələcək fəaliyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Paşinyan bildirib ki, Ermənistan təşkilatla münasibətlərdə geri dönülməz bir vəziyyətin yarandığını düşünmür və əməkdaşlığın davam etdirilməsinin tərəfdarıdır:

“İrəvan aktiv şəkildə dialoqu davam etdirməyə hazırdır və mövcud problemlərin həll ediləcəyinə inanır. Biz başa düşməliyik ki, bu nə deməkdir. Əgər Aİİ daxilində bir ölkə digərinə qarşı istənilən vaxt belə qərarlar qəbul edə bilirsə, bu artıq təşkilatın özünü buraxması anlamına gələ bilər”, – deyə Paşinyan bildirib.

banner

Onun sözlərinə görə, mövcud vəziyyət yalnız Ermənistan üçün deyil, digər üzv ölkələr üçün də potensial risklər yaradır və bu məsələlər üzrə geniş müzakirələrə ehtiyac var.

Əlaqəli Yazılar Xüsusi