ABŞ-ın “Şield AI” şirkəti eniş-uçuş zolağına ehtiyac duymayan, tam avtonom və şaquli qalxıb-enmə qabiliyyətinə malik yeni reaktiv uçuş aparatı X-BAT-ı təqdim edib.
Army.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat verib.
Bildirilib ki, Pilotsuz aparat təxminən 15,2 kilometr (50 min fut) hündürlükdə uça bilir və uçuş məsafəsi 3 700 kilometrə yaxın (2 000 dəniz mili) təşkil edir.
Hivemind AI süni intellekt sistemi ilə təchiz olunan X-BAT mürəkkəb döyüş tapşırıqlarını yerinə yetirmək, pilotsuz aparat sürüsü ilə koordinasiyalı fəaliyyət göstərmək və pilotlu hərbi təyyarələrlə birgə əməliyyatlarda iştirak etmək üçün hazırlanıb.
