Macarıstanın Baş naziri Peter Magyar hökumətin internet saytında keçirilən sorğunun nəticələrinə əsasən bildirib ki, ölkə vətəndaşlarının əksəriyyəti parlament deputatlarının səlahiyyət müddətinin 12 illə məhdudlaşdırılmasını dəstəkləyir.
Army.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bundan əvvəl hökumət 17-ci konstitusiya dəyişikliyi ilə bağlı ictimai rəy öyrənilməsi aparıb. Vətəndaşlara elektron poçt vasitəsilə öz mövqelərini bildirmək təklif olunub.
Hakim Tisza Partiyası tərəfindən irəli sürülən dəyişikliklər paketində ölkə prezidenti Tamas Sulyokın istefaya göndərilməsi, deputatların səlahiyyət müddətinin 12 illə məhdudlaşdırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi nəzərdə tutulur.
