15
Rusiyanın paytaxtı Moskva istiqamətində uçan Ukraynaya məxsus daha dörd pilotsuz uçuş aparatı hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Army.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin Teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, əvvəlcə iki PUA məhv edilib, daha sonra isə daha iki pilotsuz aparat zərərsizləşdirilib. Hadisə yerlərində dağıntı qalıqlarının araşdırılması üçün fövqəladə xidmətlərin əməkdaşları fəaliyyət göstərir.