“Rusiya Prezidenti Vladimir Putin tammiqyaslı müharibənin başlanmasından bəri ən mürəkkəb siyasi dövrlərdən birini yaşayır”.
Army.az xəbər verir ki, bunu “Forbes” jurnalının icmalçısı Melik Kaylan deyib.
Onun sözlərinə görə, Ukraynanın hərbi və yanacaq infrastrukturuna endirdiyi müntəzəm zərbələr, Krım və digər bölgələrdə benzin qıtlığı, səfərbərliklə bağlı çətinliklər, eləcə də ölkə daxilində narazılığın artması Kreml üçün vəziyyəti daha da ağırlaşdırır.
Kaylanın fikrincə, avtoritar idarəetmə sistemlərində ictimai etimadın zəifləməsi hakimiyyətin legitimliyinə də mənfi təsir göstərir.
Müəllif mümkün ssenarilər sırasında saray çevrilişini və ya müharibənin nəticələrinə görə məsuliyyətin bir nəfərin üzərinə qoyulacağı məhkəmə prosesini qeyd edir.
