Ev DünyaRütte bütün rəqəmləri açıqladı: Vaşinqtona Avropadan görünməmiş hərbi dəstək

Rütte bütün rəqəmləri açıqladı: Vaşinqtona Avropadan görünməmiş hərbi dəstək

by Baş Redaktor
31 Baxış

NATO-nun Baş katibi Mark Rütte ABŞ-ın İrana qarşı keçirdiyi hərbi əməliyyat zamanı Avropadakı hərbi obyektlərin mühüm rol oynadığını açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat verib.

Onun sözlərinə görə, əməliyyat çərçivəsində ABŞ-a məxsus təxminən 5 min uçuş Avropadakı hərbi hava bazalarından icra olunub.

Rütte bildirib ki, bu statistika Avropa ölkələrinin Vaşinqton qarşısında götürdükləri öhdəliklərə sadiq qaldığını və transatlantik hərbi əməkdaşlığın praktikada da özünü göstərdiyini təsdiqləyir:

banner

“Avropa dövlətlərinin verdiyi dəstək nəticəsində ABŞ qüvvələri minlərlə uçuş həyata keçirə bilib. Söhbət 4 min, hətta 5 minə yaxın reysdən gedir və onların hamısı “Epik Qəzəb” adlı hərbi əməliyyatın təmin edilməsinə xidmət edib”.

Əlaqəli Yazılar Xüsusi