Ev DünyaXrupalla: “Ukraynaya hərbi dəstək dərhal dayandırılmalıdır”

Xrupalla: “Ukraynaya hərbi dəstək dərhal dayandırılmalıdır”

by Baş Redaktor
135 Baxış

Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Tino Xrupalla Ukraynaya göstərilən hərbi yardımın dayandırılmasını tələb edib.

Army.az xəbər verir ki, o, bu çağırışı sosial şəbəkə platforması X-də yayımladığı açıqlamada səsləndirib.

Siyasətçi bildirib ki, “Şimal axınları” boru kəmərlərində baş vermiş diversiya ilə bağlı araşdırmaların nəticələri Ukraynanın məsuliyyət daşıyıb-daşımadığını aydınlaşdırmalıdır.

Xrupallanın fikrincə, kifayət qədər əsaslar mövcuddur ki, Ukraynaya hərbi yardım dayandırılsın.

banner

O, həmçinin ictimaiyyətə sifarişçilərin kimliyinin açıqlanmasını tələb edib və istintaqın Ukrayna Silahlı Qüvvələri və ya kəşfiyyat strukturlarına qədər uzana biləcəyini istisna etməyib.

Əlaqəli Yazılar Xüsusi