Ev Hərbi XəbərlərAnkaradan diqqətçəkən paylaşım: “Gücümüz əməkdaşlığımızdadır”

Ankaradan diqqətçəkən paylaşım: “Gücümüz əməkdaşlığımızdadır”

by Baş Redaktor
102 Baxış

Türkiyə ilə Qırğızıstan Silahlı Qüvvələrinin iştirakı ilə növbəti birgə hərbi təlim keçirilib.

Army.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin sosial şəbəkədə paylaşdığı açıqlamada iki ölkə arasında ortaq tarix, ümumi dəyərlər və qardaşlıq münasibətlərinin hərbi əməkdaşlığın əsasını təşkil etdiyi vurğulanıb.

Məlumata görə, təlimin əsas məqsədi hərbi sahədə əməkdaşlığı genişləndirmək, şəxsi heyətin qarşılıqlı təcrübə mübadiləsini artırmaq və ortaq əməliyyat imkanlarını daha da inkişaf etdirməkdir.

banner

MMN paylaşımında, “Birlikdə öyrənir, birlikdə güclənirik” ifadəsi ilə Türkiyə və Qırğızıstan arasında müdafiə sahəsində əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib.

Əlaqəli Yazılar Xüsusi