Ev DünyaMacarıstanda siyasi şok: Prezidentin istefası tələb olunur

Macarıstanda siyasi şok: Prezidentin istefası tələb olunur

by Baş Redaktor
101 Baxış

Macarıstan hökuməti ölkə Prezidenti Tamaş Şuyokun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini nəzərdə tutan konstitusiya dəyişikliyi layihəsini parlamentin müzakirəsinə təqdim edib.

Army.az xəbər verir ki, bu barədə Baş nazir Peter Magyar açıqlama verib.

Onun sözlərinə görə, Konstitusiyaya təklif olunan 17-ci düzəliş qəbul ediləcəyi təqdirdə, hazırkı dövlət başçısının prezidentlik səlahiyyətləri başa çatacaq.

Baş nazir bildirib ki, Tamaş Şuyok vəzifəsinin öhdəsindən lazımi şəkildə gələ bilməyib və əvvəlki hakimiyyət dövründə baş vermiş qanun pozuntularına qarşı lazımi mövqe sərgiləməyib. Bu səbəbdən onun postunda qalmasının mümkün olmadığını vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi