Ev DünyaTehranda Əli Xameneyinin xatirəsinə izdihamlı anım mərasimi keçirilir

Tehranda Əli Xameneyinin xatirəsinə izdihamlı anım mərasimi keçirilir

by Baş Redaktor
84 Baxış

İranın paytaxtı Tehranda sabiq ali dini lider Ayətullah Əli Xameneyinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilir. Tədbirdə milyonlarla insan iştirak edir.

Army.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat verib.

Bazar günü səhər saatlarında start götürən mərasim Tehran Böyük Musallasında təşkil olunub. Tədbirdə Əli Xameneyi ilə yanaşı, onunla birlikdə həyatını itirmiş dörd ailə üzvünün də xatirəsi ehtiramla yad edilib.

Təşkilatçıların bildirdiyinə əsasən, mərasim başlamazdan xeyli əvvəl ibadət kompleksinin bütün daxili hissələri tam dolduğundan girişlər bağlanıb. İnsan axını bununla məhdudlaşmayıb, ətraf küçə və meydanlarda da minlərlə şəxs toplaşıb.

banner

Mərasimə Böyük Ayətullah Cəfər Sübhaninin rəhbərlik edəcəyi qeyd olunur. Proqram çərçivəsində Əli Xameneyi və onunla birlikdə həlak olmuş ailə üzvlərinin ruhuna üç xüsusi dua oxunacağı bildirilir.

Əlaqəli Yazılar Xüsusi