Ev DünyaAnkaradan sülh çağırışı: Ərdoğan danışıqların bərpasını gündəmə gətirir

Ankaradan sülh çağırışı: Ərdoğan danışıqların bərpasını gündəmə gətirir

by Baş Redaktor
40 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçiriləcək NATO sammiti zamanı Ukrayna münaqişəsinin diplomatik yollarla həlli istiqamətində danışıqların yenidən başlamasının vacibliyini gündəmə gətirəcək.

Army.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilir ki, iyulun 7-8-də keçiriləcək sammit çərçivəsində Ərdoğan bir sıra dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək. Həmin görüşlərdə Ukrayna məsələsi ətrafında danışıqlar prosesinin bərpasının əhəmiyyətini xüsusi vurğulayacağı qeyd olunur.

Mənbənin sözlərinə görə, Ankara davamlı sülhün yalnız diplomatik dialoq və siyasi həll yolu ilə mümkün olduğuna inanır.

banner

Əlaqəli Yazılar Xüsusi