Ev Hərbi XəbərlərKiyevdə yaşayış binaları vuruldu: dağıntılar altında axtarış davam edir

Kiyevdə yaşayış binaları vuruldu: dağıntılar altında axtarış davam edir

by Baş Redaktor
40 Baxış

Rusiyanın gecə saatlarında Kiyevə endirdiyi hücum nəticəsində indiyədək 7 nəfərin öldüyü, 24 nəfərin isə yaralandığı açıqlanıb.

Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Şəhərin Podolsk rayonunda mərmilərdən biri 9 mərtəbəli yaşayış binasına düşüb. Zərbə nəticəsində binanın 5-ci mərtəbəsindən 9-cu mərtəbəyədək hissəsi dağılıb.

Bundan başqa, 19 mərtəbəli binanın dam örtüyünə ziyan dəyib, 25 mərtəbəli digər yaşayış binasının isə 16-cı mərtəbəsi səviyyəsində qəlpələrin düşdüyü bildirilib.

banner

Xilasedicilər 21 mərtəbəli yaşayış binasında axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Əlaqəli Yazılar Xüsusi